
Sumqayıt daxilində turistlər üçün hansı yerlər təklif olunur? – İLK DƏFƏ
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi Sumqayıt daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər təklif edir. Səyahət turları zamanı siz Sumqayıtın görməli yerlərini ziyarət etmək və istirahətinizi faydalı keçirmək imkanlarına malik olacaqsınız.
İdarənin təklif etdiyi yerlər sırasına Sumqayıtın tarixi muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı və şəhər teatrı daxildir.
Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Qeyd edək ki, şəhid ailələri üçün xidmət pulsuzdur. Sifarişlər fərdi və kollektiv şəkildə qəbul olunur. Artıq turlara qeydiyyat başlayıb.
sumqayitxeber.com
Ünvan: Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12,
Telefonlar: Şəhər: (+99418) 655 49 87, (+99477) 481 07 09
E-mail: sumqayit.dct@gmail.com
BƏNZƏR MƏQALƏLƏR
-
“Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək – FOTO
Azərbaycan Hava Yolları və “Lufthansa Technik AG” şirkəti Azərbaycan Respublikasının milli aviadaşıyıcısının “Boeing 787 Dreamliner” […]
-
Türkiyədə üç hava limanı mülki uçuşlara bağlandı
Türkiyədə zəlzələdən sonra Kahramanmaraş, Hatay və Qaziantep hava limanları mülki uçuşlara xidmət göstərməyi dayandırıb. Bu […]
-
Danimarkalı səyyah: “Qarabağın çox böyük turizm potensialı var”
“Qarabağın çox böyük turizm potensialı var”. Bu barədə Trend-in suallarını cavablayarkən danimarkalı səyyah Maqnus Nilsen deyib. […]