“Sovetski” sakinlərinə yeni mənzil verilib (Fotosessiya) - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Sovetski” sakinlərinə yeni mənzil verilib (Fotosessiya)

Mənzil sahəsi 25 kvadratmetrdən az olan “Sovetski” kimi tanınan ərazinin  sakinlərinə  yeni ev verilib.

111 ailəyə təhvil verilən mənzil püşkatma yolu ilə müəyyənləşib.

Yeni mənzilləri müəyyən etmək üçün Yasamal Rayon İcra Hakimiyyətində püşkatma mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, mənzil sahəsi kiçik olan sakinlər ölkə prezidentinin diqqət və qayğısının məntiqi nəticəsi olaraq yeni mənzillə təmin edilir. Püşkatma yolu ilə mənzillər müəyyənləşdirilib.

Mənzillərin açarlarının təqdim olunma mərasimində bildirilib ki, həyata keçirilən tədbir ölkə vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Təqdim olunan mənzillər yüksək səviyyədə təmir edilərək, hər bir şərait  yaradılıb. Mənzillərdən biri isə mebellə təmin olunub.

Qeyd edək ki, “Sovetski” adlanan ərazidə indiyədək 3425 yaşayış obyekti könüllü razılaşma əsasında  satın alınıb.

Click to enlarge image 1.jpg
Click to enlarge image 5.jpg
Click to enlarge image 4.jpg
Click to enlarge image 11.jpg
Click to enlarge image 6.jpg
Click to enlarge image 1.jpg

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top