Sosial evlərlə bağlı Tükiyə modeli öyrənilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sosial evlərlə bağlı Tükiyə modeli öyrənilir

Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndə heyyəti sosial evlərin tikintisi ilə bağlı Türkiyənin təcrübəsi ilə maraqlanmaq üçün bu ölkədədir.

Türkiyədəki sosial evlərin tikintisini reallaşdıran TOKİ rəhbəri Ergün Turan Türkiyə mətbuatına açıqlamasında bildirib ki, biz öz təcrübəmizi Azərbaycanla bölüşürük. Qeyd edək ki, TOKİ yaradıldığı 1984-cü ildən bu vaxta qədər isə 760 min bina tikilib. Bu binaların əksəriyyətini sosial evlər təşkil edir. Eskpertlər hesab edir ki, Türkiyə sosial evlərin tikintisi ilə bağlı bir çox ölkələrin təcrübəsindəki müsbət məqamlar götürülüb. Bu mənada Türkiyə modeli daha əlverişlidir.Bir çox ölkələrdə sosial evlər vətəndaşlara yaşayış üçün verilsə də, həmin evlərin şəxsi mülkiyyətə keçməsi nəzərdə tutulmur. Bu mənada Türkiyə modeli daha əlverişli hesab olunur.

Ekspertlər hesab edir ki, Azərbaycanda sosial evlərin tikintisi mənzil bazarında qiymətlərə təsir göstərəməyəcək. Çünki aztəminatlı ailələrin mənzil bazarındakı payı 2 faizdəın çox təşkil etmir. Amma bu kimi evlər kirəyə mənzil bazarında kəskin ucuzlaşmaya səbəb olacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top