SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: İki hərbçimiz vəfat etdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: İki hərbçimiz vəfat etdi

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: İki hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçuları – tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Qeyd edək ki, polkovnik-leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq, hərbi qulluqçuların həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top