Şimal-qərb rayonlarında tütün əkini başa çatmaq üzrədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şimal-qərb rayonlarında tütün əkini başa çatmaq üzrədir

Şimal-qərb bölgəsinə daxil olan Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün şitillərinin sahələrə köçürülməsi işi müvəffəqiyyətlə başa çatmaq üzrədir.

Bu il Şəkidə 730 hektarda tütün əkilməsi nəzərdə tutulub. Şəhər icra hakimiyyətindən verilən son məlumata görə, indiyədək 667 hektara tütün şitili köçürülüb və bu iş davam etdirilir.

Qax rayonunda isə cari mövsümdə 300 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılırdı. Tütünçülər verilən tapşırığa artıqlaması ilə əməl ediblər. İndiyədək təsərrüfatlarda 310 hektar sahədə tütün əkini aparılıb.

Zaqatala rayonunda da tütün əkini planına tam əməl olunub. Rayonun fermerləri 600 hektar tapşırığa qarşı 601,5 hektar sahəyə tütün şitili köçürüblər və əkin hələlik davam etdirilir.

Uzun illər fasilədən sonra bu il Balakən rayonunda da tütün yetişdirilməsinə başlanılıb. 2016-cı ildə rayonda 500 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Rayon icra hakimiyyətindən verilən son məlumata görə, bu günədək rayonun təsərrüfatlarında 476 hektar sahəyə tütün şitili köçürülüb və bu iş davam etdirilir.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top