“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlər müzakirə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlər müzakirə olunub

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, müzakirələr iyunun 10-da Bakıda QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş zamanı aparılıb.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində aprel 20-də Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisi, eyni zamanda, İran tərəfdə görülən işlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib.

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin icraçı direktoru Əli Nurzad “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top