
Sadiq abunəçilərə 4 qat sürətli internet!
Ailə NET sadiq abunəçilərini sevindirmək məqsədilə yeni kampaniyaya start verir.
Economic-ə verilən məlumata görə, indi sadiq Ailə NET abunəçiləri 3 aylıq abunə haqqını öncədən ödəyərək 8 Mbit/s əvəzinə 4 qat daha sürətli, 30 Mbit/s internet əldə edəcəklər.
4 qat sürətli internet yay boyu qüvvədə olacaq. Beləliklə kampaniyaya daha tez qoşulan abunəçi daha çox 4 qat sürətli internetdən istifadə edə biləcək.
Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.
4 qat sürətli internet kampaniyasından yalnız 31.12.2015 tarixinədək Ailə NET-ə qoşulan və hal-hazırda xidmətdən istifadə edən abunəçilər faydalana bilər.
Bu kampaniya 6+1 və 12+2 kampaniyaları ilə üst-üstə gəlmir.
Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.
«Caspian Telecom» mətbuat xidməti
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]