Rusiyadan Azərbaycana aviabiletlər bahalaşıb
2022-ci ilin yayında xaricə hava səyahətləri üçün uçuş biletinin orta qiyməti ötən ilin eyni mövsümü ilə müqayisədə 37% artıb.
Bu barədə “İzvestiya”ya Rusiyanın böyük bilet satışları həyata keçirən şirkətinin analitiki məlumat yayıb.
Qeyd edək ki, Rusiya aviaşirkətləri hazırda yalnız 11 ölkəyə birbaşa uçuşlar həyata keçirir. Bu ölkələr Aİ və ABŞ-ın sanksiyalarından sonra icarəyə verənlərin tələbi ilə təyyarələrin orada həbs olunmayacağına dair zəmanət veriblər.
Bu yay ən bahalı uçuşlar İsrailə (artım 2 dəfə – adambaşına 54,5 min rubla qədər), Türkiyəyə (artım 1,9 dəfə – 42,6 min rubladək) və BƏƏ-yə (artım 1,8 dəfə – 54,7 min rubla qədər) olub.
Azərbaycana biletlər orta hesabla 1,2 dəfə artaraq 40,5 min rubla, Misirə 1,3 dəfə artaraq 44,4 min rubla çatıb.
Bahalaşmanın səbəblərindən biri, 2022-ci ilin yazında Avropa ölkələrinin öz hava məkanını Rusiya aviaşirkətləri ilə məhdudlaşdırmasıdır. Bununla yanaşı, bəzi uçuşlar indi daha uzun çəkir. Digər tərəfdən isə yanacağın qiyməti də artıb.
Avropaya səfərlər üçün Türkiyə, BƏƏ və bir sıra digər ölkələr transfer mərkəzlərinə çevrilib və bu cür uçuşların qiyməti də artıb. Bundan əlavə, qiymət artımına yüksək mövsümi tələbat da birbaşa təsir edib. Belə ki, təyyarələrin yükü indi daha çox, mövcud istiqamətlər isə azlıq təşkil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]