
Rusiya turistləri Azərbaycana gəlməyə hazırlaşırlar
Xəzər dənizi ilk beşlikdədir.
Travel.ru turizm servisi MDB ölkələrində hansı kurort istiqamətlərinin rusiyalı turistlər arasında daha populyar olduğunu müəyyənləşdirib.
Economic.az, Oxu.az istinadən xəbər verir ki, reytinq kurortlarda mehmanxana və apartamentlərin 2016-cı ilin yayına olan bronlar əsasında tərtib edilib.
Populyar istiqamətlər arasında Xəzərin Azərbaycan sahilləri də yer alıb.
Rusiyalı turistlər arasında ən populyar kurortların siyahısında Qırğızıstanın İssık-Kul gölü liderlik edir, daha sonra Borovoye (Qazaxıstan), Naroç gölü (Belarus), Xəzər dənizi (Azərbaycan) və Sevan gölü (Ermənistan) gəlir.
Xəzər dənizi sahillərində əsas çimərlik kurortları Azərbaycanda Bakı, Xudat, Xaçmaz, Astara, Siyəzəndir, Lənkəranda yerləşən vulkanik mənşəli qara qumlu çimərliklərin isə postsovet məkanında analoqu yoxdur.
İsti dəniz, qumlu çimərliklər və Qafqaz mətbəxi turistləri Azərbaycan kurortlarına cəlb edir. Burada həm qədim şəhərlərə səfər etmək, həm də hər gün dəniz sahilindəki istirahətdən zövq almaq olar.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 10-dan Bakıdan […]
-
Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması ilə indiyədək sistemdə 792 […]
-
Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq”. Oxu.Az-ın […]