RESPUBLİKADA TAXIL BIÇİNİ KAMPANİYASINA START VERİLMİŞDİR – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

RESPUBLİKADA TAXIL BIÇİNİ KAMPANİYASINA START VERİLMİŞDİR

Cari ilin taxıl biçini mövsümündə respublika üzrə cəmi 927,4 min ha payızlıq taxıl biçini nəzərdə tutulmuşdur. Biçinə hazırlıqla əlaqədar olaraq respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyən edilmiş və BİÇİN QRAFİKİ tərtib edilmişdir.

Cari taxıl biçini mövsümündə 2400-dən artıq taxılyığan kombayn biçində iştirak edəcəkdir. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilmiş, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlar arası hərəkət qrafiki tərtib edilmişdir.

Biçində iştirak edən kombaynların əksər hissəsi “Aqrolizinq” ASC tərəfindən Avropanın qabaqcıl şirkətlərindən alınmış və lizinq yolu ilə istifadəçilərə satılmış “Sampo”, “New Holland” və “Claas” tipli kombaynlardır.

Bununla yanaşı regional nümayəndəliklərin istifadəsində olan 500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak edəcəkdir.

Taxılın itkisiz və vaxtında yığılmasının təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri, “Aqrolizinq” ASC-nin rayon nümayəndəlikləri, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yerli bölmələri operativ iş rejiminə keçirilmiş və mövsümdə onların fəaliyyətinin əlaqələndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Vətəndaşlardan daxil olan müraciətlərin vaxtında və operativ baxılıb həll edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi “1652”, “Aqrolizinq” ASC-nin (+994 12) 425-64-27, Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin (+994 12) 493-53-40 və (+994 12) 493-52-98 və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin  (+994 12) 562-69-27 əlaqə nömrələri istehsalçıların ixtiyarına verilmişdir.

Biçin mövsümdə hər hansı problem yaranarsa istehsalçılar qeyd olunan nömrələrə zəng etmələri tövsiyyə olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top