
Qlobal təklifin azalacağına dair proqnozlar fonunda neftin qiyməti bahalaşıb
Qlobal neft bazarının böyük istehsalçılarının hasilatın həcmini “donduracaq”ları ilə bağlı optimist gözləntilərin təsiri ilə “Brent” markalı neftin bir barrelinin qiyməti 5 faizədək bahalaşıb.
ABŞ-ın Federal Ehtiyat Sisteminin sədri Canet Yellenin son aldıqları faiz dərəcəsi qərarını bir daha təsdiqləməsi və ABŞ iqtisadiyyatına dair müsbət gözləntilər də neftin qiymətindəki yüksəlişə təsir edib. Hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 39 dollardan, Londonun İCE birjasında “Brent” nefti isə 41 dollardan baha satılır.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC neft istehsalçıları aprelin 17-də Qətərin paytaxtı Dohada toplaşaraq hasilatın həcmini “dondurmaq” barədə qərar qəbul etməyi nəzərdə tuturlar. Rusiya və OPEC-ə üzv bəzi ölkələrin – Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçılarının da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]