Qızılın qiyməti aşağı düşdü – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qızılın qiyməti aşağı düşdü

Qiymətli metalların qiymətlərində mənfi yöndə dəyişmə var.

Economic.Az anspress-ə istinadən xəbər verir ki, qızılın bir qramının qiyməti ucuzlaşaraq 38,97 dollar, platinin bir qramının qiyməti aşağı düşərək 30.78 dollar, palladiumun qramı 17.18 dollar olub. Gümüşün qiyməti isə dəyişməyib, qramı 0.52 dollara satılıb.


Neftin qiymətlərində də ucuzlaşma var. ANS PRESS-in “Bloomberg”ə istinadla verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında “Brent” markalı neftin qiyməti azalaraq 49.99 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında “Layt” markalı neftin qiyməti 49.07 dollar olub. “AzəriLayt” markalı neftin barreli isə 1.22 dollar ucuzlaşaraq 50.33 dollara satılıb.


Azərbaycan neftinin bareli artıq xeyli müddətdir ki, 50 dolları keçib, dövlət büdcəsində isə neftin bareli 25 dollardan götürülüb. Bu amil neftin ucuzlaşması səbəbindən ixtisara salınmış bir sıra layihələrin yenidən bərpasını gündəmə gətirib.

Məsələ bundadır ki, ilkin variantda 2016-cı ilin büdcə xərclərinin 21 milyard manat olması düşünülürdü. Lakin ilin ikinci yarısında neftin barelinin qiymətinin 50 dollardan aşağı düşməsi deputatları ehtiyatlı  davranmağa məcbur edib. Ona görə də sentyabr ayında 2016-cı il üçün Milli Məclisə təqdim edilən büdcə layihəsində xərclər 16 milyard manat səviyyəsində götürülüb. 2015-ci ilin qiymətləri ilə təxminən 5 milyard manatlıq əsaslı kapital qoyuluşu layihəsi təxirə salındı. Əgər 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar idisə, 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürüldü.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top