
Qızıl aprel ayında 6% bahalaşıb
Qızılın bir unsiya qiyməti son bir ay ərzində 6% bahalaşıb.
Son zamanlar dünya iqtisadiyyatı ətrafında yaranmış qeyri-müəyyənlik qızıla olan tələbi artırmışdır.
Dolların ucuzlaşması və neft qiymətlərinin dünya bazarlarında stabilləşdirilməsi danışıqlarının uğursuzluğu ehtiyat yatırım alətininin bahalaşmasına təsir edir. Eyni zamanda, ABŞ iqtisadiyyatının inkişaf sürətinin birinci rübdə azalması da qızıl qiymətlərini bahalaşdıran səbəblər arasındadır.
Analitiklərin fikrincə, hal-hazırda dünya əmtəə birjalarında 1275 dollardan baha təklif edilən qızılın bir unsiya qiyməti 1290 səviyyəsi üzərində möhkəmlənərsə, 1300 və 1352 dollara kimi bahalaşa bilər. investaz.az
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]