MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qeydiyyatdan keçin:“ İB GƏNCLƏR FESTİVALI”-na SAYILI GÜNLƏR QALDI!

“IB GƏNCLƏR FESTİVALI” NƏDİR?

“IB Club” Gənclərin İnkişaf Mərkəzi“Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə “Bakcell Arena” stadionunda 11 001 gəncin iştirakı ilə Azərbaycanda ilk dəfə “IB Gənclər Festivalı” təşkil olunacaq. Layihənin keçirilməsində əsas məqsəd gənclərin bir gün ərzində öyrənərək əylənə biləcəkləri gün keçirmələrinə şərait yaratmaq və stadionda bu formatda ilk tədbiri təşkil etməklə gənclərin stadiona axınını təmin etməkdir.

 Festivalda ölkənin tanınmış yazıçı, dövlət xadimləri, idmançıların və gənclərin sevimlisi ilə olan digər şəxslərin gənclərlə öz uğur hekayəsini bölüşməsinə şərait yaradılacaq. Layihə çərçivəsində spikerlərin öyrədici və motivasiyaedici çıxışları ilə birlikdə stadionda gənclərin iştirakı ilə ilk kütləvi milli xor, gənc dalğası, eyni zamanda ölkənin öndə gedən bir çox şirkəti tərəfindən həmin günə özəl endirimlər təklif olunacaq. “IB Gənclər festivalı”nın 25 İyun tarixində keçirilməsi nəzərdə tutulub.

 Artıq 1 ilə yaxın müddətdir davam edən “Neftçi” PFK və “IB Club” əməkdaşlığının əsas məqsədi ölkənin intellektual gənclərinin futbola marağını artırmaq, onların stadionlarda azarkeş mədəniyyətinin formalaşdırmasına dəstək olmaq, eyni zamanda hər iki tərəfin uzun müddətdir formalaşmış təşkilatçılıq təcrübəsi ilə yeni layihə və proqramları gənclərə təklif etməklə gənclərə faydalı olmaqdır.

 Qeyd edək ki, “Neftçi” Peşəkar Futbol Klubu Azərbaycanın ən köklü və titullu futbol klubudur. 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış “Neftçi” ölkə futbolu tarixində ilk dəfə Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmış, 8 dəfə Azərbaycan çempionu, 6 dəfə kubokun qalibi olmuşdur.

 Stadiona gələn azarkeşlərin sayına görə bu mövsüm bütün paytaxt klublarını qabaqlayan “Neftçi” bir sıra məhsulları futbolsevərlərin ixtiyarına verib. Bakı klubları arasında ilk dəfə olaraq “NeftçiKart” üzvlük kartlarını ictimaiyyətə təqdim edən klub, Azərbaycanda ilk dəfə olaraq “Stadium Tour” layihəsinin icrasına başlayıb. “Neftçi” PFK öz ev oyunlarını “Bakcell Arena”da keçirir. Hazırda Sabunçu rayonu A.Bakıxanov qəsəbəsində klubun yeni təlim-məşq bazası inşa edilməkdədir.

 “IB Club” hazırda 11 001-dən çox gənci ətrafında birləşdirməklə 6 ildən uzun müddətdir fəaliyyət göstərən Azərbaycanın ən böyük gənclər mərkəzidir. Mərkəzin əsas missiyası “Öyrən, Əylən, Yaşa” olub bu istiqamətdə fəaliyyətini genişləndirməkdədir.

Qeydiyyatdan keçin:

http://www.ibgenclerfestivali.az/index.html#up

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: