QƏTƏR AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFAT MƏHSULLARINA MARAQ GÖSTƏRİR - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

QƏTƏR AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFAT MƏHSULLARINA MARAQ GÖSTƏRİR

Bu gün Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov ilə Qətər Dövlətinin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti görüşüb.

Görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub.

Qonaqları salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsini məqəsədəuyğun olduğunu diqqətə çatdırdı. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Nazir Heydər Əsədov bildirdi ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi ilə digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir. Nazir ölkəmizin 11 iqlim qurşağından 9-nun mövcud olduğu coğrafi məkanda yerləşdiyini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan da keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırdı. Nazir Heydər Əsədov meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini və son aylarda tərəvəz məhsullarının ixracının bir neçə dəfə artdığını nəzərə çatdırdı. Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət etdi və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğuladı.

Səmimi qəbula görə təşəkkür edən Şeyx Abdul Əziz Bin Ali Al Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd etdi. Qonaq ölkəsinin Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymaqla keyfiyyətli məhsul əldə etmək və bu məhsulları Qətərə ixrac etməyə maraq göstərdiyini diqqətə çatdırdı.

Görüşdə tərəflər arasında maraq doğuran digər məsələlərə də toxunuldu və fikir mübadiləsi aparıldı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top