
Qaxda inşa edilən Bayraq meydanı şəhərə xüsusi yaraşıq verəcək
Qax şəhərinin girişində inşa edilən Bayraq meydanı kompleksinin tikintisi sürətlə aparılır.
Milli memarlıq üslubunda inşa edilən, qədimliyi və müasirliyi özündə ehtiva edən bu kompleks Qax şəhərinə xüsusi yaraşıq verəcək, möhtəşəmliyi ilə yerli sakinlərin, həm də qonaqların diqqətini özünə cəlb edəcək.
Kompleksdə aparılan tikinti işlərinin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Tağıyev bildirib ki, inşasına bu ilin yazında başlanan Bayraq meydanının ümumi ərazisi 3 hektardır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 60 metrdir. Meydanın mərkəzində inşa edilən Bayraq muzeyinin sahəsi isə 800 kvadratmetrdir. Muzeydə dövlət rəmzlərimiz barədə, həmçinin ölkəmizin və Qax rayonunun tarixinə dair maraqlı məlumatlar toplanacaq və nümayiş etdiriləcək. Muzeyin bir hissəsində isə rayon tarix-diyarşünaslıq muzeyinin ekspozisiya zalı yerləşəcək.
Ərazidə çay daşından inşa edilən qala bürcləri və divarları kompleksə xüsusi yaraşıq verir. Meydanda açıq havada rayonun tarixi, folkloru, məişəti və kənd həyatına aid eksponatlar, qədim təsərrüfat alətləri nümayiş etdiriləcək. Burada kafe, həmçinin avtomobillər üçün dayanacaq da tikilir.
Bayraq meydanının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]