
Qaxda indiyədək 85 hektar sahədə tütün əkilib
Qax rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkini nəzərdə tutulub. Bu məqsədlə “İnter Tobacco” MMC-nin Qax tütün istehsalı və emalı müəssisəsinə məxsus istixanalarda lazımi qədər tütün şitili yetişdirilib. Tütün şitilləri fermerlərə pulsuz verilir.
Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil surətdə davam etdirilir. Rayon icra hakimiyyətinin məlumatına görə, fermerlər indiyədək 85 hektar sahəyə tütün şitili köçürüblər. Əkin zamanı əsasən “Virciniya” ətirli tütün növünə üstünlük verilir.
Azərtac
BƏNZƏR MƏQALƏLƏR
-
İnam Kərimov Sabirabad rayonunda fermerlərlə görüşüb
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb Əkin sahələrində taxıl […]
-
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur […]
-
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfər edib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər […]