
Qax İcra Hakimiyyəti tender elan edir
Tender 1 lot üzrə keçirilir:
Lot- 1. Ü.Hacıbəyov küçəsində yolun təmirinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı: 150 manat.
Əlaqələndirici şəxs: Yunus Əfəndiyev- (02425-5-33-92),
Ünvan: Qax şəhəri, Azərbaycan prospekti, 32.
H/h:AZ 20 İİB 32051019447100201171
VÖEN: 4300015071
Bank: “Kapital Bank”ın Qax filialı
Kod: 200714
VÖEN: 9900003611
M/H: AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T: AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 29 iyun 2016-cı il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
– iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– tender təklifinin bank zəmanəti (1faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
– iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.
İddiaçılar tender təklifini və bank zəmanətini 6 iyul 2016-cı il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 7 iyul 2016-cı il saat 10.00-da Qax şəhəri, Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan prospekti, 32 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]