
Prezident İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirak edib
Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışı olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə “ITE Group Plc” şirkətinin nümayəndəsi Endryu Vud çıxış edərək mərasim iştirakçılarını salamladı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunnigan çıxış edərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxudu.
Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson çıxış edərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunu oxudu.
Çıxışlardan sonra dövlətimizin başçısı sərgi ilə tanış oldu.
BƏNZƏR MƏQALƏLƏR
-
Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb. […]
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər […]
-
Azərbaycanlı qardaşlarımızın yanındayıq -ƏRDOĞAN
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb […]