Prezident İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.

Səfir Kristofer Con Kuter fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kristofer Con Kuter etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Kristofer Con Kuter paytaxtımızın inkişafının onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Kristofer Con Kuter Kanadanın bir sıra mühüm şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində fəaliyyət göstərdiklərini qeyd etdi. Azərbaycanlı tələbələrin Kanada universitetlərində təhsil aldıqlarını məmnunluqla qeyd edən Kristofer Con Kuter ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Kanadalı diplomat ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Kanada şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyətinə toxunan dövlətimizin başçısı həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus beşulduzlu iki otelin – “Four Seasons” və “Fairmont” otellərinin regionda ən yaxşı otellərdən olduqlarını bildirdi. Dövlətimizin başçısı “Fairmont” otelinin yerləşdiyi müasir memarlıq üslubunda inşa edilən “Alov qüllələri” kompleksinin Bakının yeni simvollarından biri olduğunu dedi.

Prezident İlham Əliyev Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top