Peşə hazırlığının təşkilinə daha 8 yeni müəssisə cəlb edilib
Dövlət-özəl əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkili məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələri Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.
İclasda Dövlət Məşğulluq Agentliyinin, Sosial Dəstək Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Sahibkarlar Təşkilatları Mili Konfederasiyasının nümayəndələri iştirak edib.
Peşə hazırlığının təşkili üçün müraciət edən 8 yeni müəssisənin (“Vision Academy”, “Zəfəroğlu Tədris Mərkəzi”, “Start İT”, “Handex”, “Deutsches Bildungszentrum – Alman Təhsil Mərkəzi”, “HR Option”, “Dadashsoy Group”, “Baku City Academy” MMC) müraciətlərinə baxılıb, həmçinin, Komissiya üzvlərinə müəssisələrdə tədris olunacaq peşə və ixtisaslar, eləcə də peşə hazırlığının təşkili üçün müəyyən olunmuş inzibati-bina, maddi-texniki baza, pedaqoji heyət, təlim-tədris prosesi və işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi haqqında məlumat verilib.
Qiymətləndirmə Komissiyasının tərəfindən qeyd olunan müəssisələrlə qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun hesab edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]