MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək

Küveyt hökumət rəsmiləri ilin 3-cü və 4-cü rüblərində neftin qiymətinin 50 dolları keçəcəyini söyləyib. Bunun səbəbi kimi neft xammalına olan tələb və təkliflərin tərəddüdlü qiymət dəyişməsini göstərilib.

Economic anspress-ə istinadən xəbər verir ki, bu məlumatı Küveytin Neft naziri Anas əl-Saleh müsahibəsində bildirib. O qeyd edib ki, Küveyt höküməti neft hasilatını artırmağa davam edəcək.

Nazirin fikrincə 2016-ci ilin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Anas əl-Saleh bazardakı “qara qızıl”ın qiymətlərindən razı olduğunu, bunun ölkəsi üçün əlverişli vəziyyət yaratdığını deyib. Qiymətin artmağına səbəb kimi Kanada, Liviya və Nigeriyada istehsalın azalması, bazarda isə neft ehtiyacının çoxalmasını göstərib.

Ötən gün Azərbaycan nefti  bazarda qiymət liderliyi qazanıb. “Bloomberg”ə istinadla verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında “Brent” markalı neftin qiyməti 1.21 dollar azalaraq 48.23 dollara çatıb. “Layt” markalı neftin qiyməti də azalaraq 47.61 dollara düşüb. “AzəriLayt” markalı neft isə bazardakı rəqiblərini ötərək 51.16  dollar olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: