Neft Fondu AÇG və “Şahdəniz” layihələrindən 1,5 mlrd. dollar qazanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neft Fondu AÇG və “Şahdəniz” layihələrindən 1,5 mlrd. dollar qazanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,538 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan  verilən məlumata görə, bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-ə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top