
NAZİRLİY BRUSELLYOZA QARŞI ƏN MÜASİR VAKSİNLƏ MÜBARİZƏ APARMAĞA BAŞLAYIB
Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə xırdabuynuzlu heyvanlarda brusellyoza qarşı kütləvi peyvəndləməyə başlayıb. Heyvanlar Beynəlxalq Epizootik Büronun tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan Rev-1 vaksini ilə peyvəndlənir. Bu vaksin göz damcısı formasında tətbiq edilir. Rev-1 vaksini inyeksiya və göz damcısı formasında mövcuddur. İnyeksiya formasında işlədilən Rev-1 vaksini heyvanlarda 2 il müddətində immunitet qazandırır, lakin boğaz heyvanlarda balasalma riski yüksək olur. Rev-1 göz damcısı üsulu ilə peyvənd heyvanlarda brusellyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır, eyni zamanda, boğaz heyvanlarda balasalma riskini də azaldır.
Bununla belə, istehsalçılar fermerlərə boğaz heyvanları peyvəndləməməyi tövsiyə edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması layihəsi çərçivəsində alınan Rev-1 göz damcısı vaksini İordaniyanın “Jovak” şirkəti tərəfindən istehsal olunub və Beynəlxalq Epizootik Büronun Akkreditə edilmiş Laboratoriyasının keyfiyyət sertifikatına malikdir.
Brusellyoz xəstəliyindən qorunmaq üçün çiy süd və ondan hazırlanmış məhsullardan istifadə etməmək, heyvan alarkən isə, göz damcısı üsulu ilə peyvəndləndiyini bildirilən qulağı çərtilmiş heyvan almaq tövsiyə olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]