
NAZİR HEYDƏR ƏSƏDOV EXPO 2016 ANTALYA BEYNƏLXALQ BAĞÇILIQ SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Economic.az Nazirliyin saytına istinadən xəbər verir ki, Türkiyə Respublikasının Antalya şəhərində 2016-cı ilin 21-23 aprel tarixlərində EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisi keçiriləcəkdir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyə Respublikasının qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə 2016-cı ilin 22 aprel tarixində EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisində iştirak etmək məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəkdir.
Səfər çərçivəsində Faruk Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirə olunması, eləcə də Türkiyənin aqrar sahədəki potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulmuşdur.
Qeyd edək ki, sözügedən sərgidə Azərbaycan pavilyonu 2.000 kv.m-ə yaxın sahəni əhatə edəcəkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]