Nazir: “Dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni imkanlar yaradır”
“Dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni müsbət imkanlar yaradır. Bunun üçün də bu sahənin tamamilə sərbəstləşdirilməsini, yeni xidmət növlərinin təqdim olunması, qanunsuz müdaxilələrin qarşısının alınması, viza prosedurlarının yüngülləşdirilməsi və ya aradan qaldırılması üzərində işlər gedir”.
economic.az saytı Apa-ya istinadən xəbər verir ki, MİL-Muğan bürosunun məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazirin sözlərinə görə, keçən illə müqayisədə bu il Azərbaycanın cənub bölgəsinə İrandan gələn turistlərin sayında artım olub: “Bayram günlərində ölkəyə turistlərin sayı ilə bağlı statistika tam hazır deyil. Dəqiq rəqəmlər gələn ayın əvvəlinə müəyyənləşəcək. Həm turistlərin sayı, həm də onlara göstərilən xidmətlərlə bağlı monitorinq aparılıb. Təəssüf ki, bəzi rayonlarda istənilən səviyyədə xidmətlər göstərilməyib”.
Nazir qeyd edib ki, yay mövsümündə Azərbaycana gələn rusiyalı turistlərin sayında artım var: “Artıq Rusiyada nazirliyin təmsilçiliyini açmışıq, bir necə vilayətlə müqavilələr imzalanıb və çarter reyslərinin açılması gözlənilir. AZAL da bizə dəstək verir”.
Ə. Qarayev “Turizm haqqında” yeni qanun layihəsinin hazırlandığını xatırladıb, əlavə edib ki, burada daxili turizmlə məşğul olan şirkətlərin stimullaşdırılması, onlara dövlət tərəfindən dəstək göstərilməsi, xüsusi kreditlərin və imtiyazların verilməsi və s. nəzərdə tutulur”.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir – FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə […]
-
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” – “The Travel” Azərbaycandan yazıb
Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə. “Report” xəbər verir ki, bu fikirlər məşhur “The […]
-
Bu gündən Şuşaya turist səfərləri başlayır
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır. Oxu.Az xəbər verir […]