
MİLLİ MƏCLİSİN BİR QRUP ÜZVÜ BAYTARLIQ ŞƏHƏRCİYİNDƏ OLUBLAR-FOTO
“Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binaları yerləşir. Belə bir şəhərciyin yaradılmasının əsas məqsədi respublikada sanitariya və
sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatının yüksəldilməsindən ibarətdir.
Milli Məclisin üzvləri DBNX-nin foyesində olan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə və baytarlıq sahəsində nəşr edilən qəzet, jurnal, braşura və kitablarla tanış oldular.
“Baytarlıq şəhərci”yinə gələn deputatların diqqətinə çatdırıldı ki, binada Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası yerləşir. Binada olan 150 nəfərlik konfrans zalı, 26 nəfərlik təlim mərkəzi, kitabxana, oxu zalı, ofis otaqları və mətbəxlə tanışlıqdan sonra vurğulandı ki, binadakı bütün inzibati otaqlar zəruri avadanlıqlarla təchiz edilib, əməkdaşlar üçün hərtərəfli şərait yaradılıb.
Nazir Heydər Əsədov və Milli Məclisin üzvləri bundan sonra Respublika Baytarlıq Laboratoriyasında olublar. Məlumat verilib ki, 1974-cü ildə inşa edilən binada əsaslı yenidənqurma işlərinə 2014-cü ildə başlanılıb və 2015-ci ildə yekunlaşıb. Hazırda Respublika Baytarlıq Laboratoriyasının ən son model müasir laboratoriya avadanlıqları ilə təchiz edildiyi xüsusi qeyd edildi.
Deputatlar daha sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında oldular. Bildirilib ki, institutun yeni inzibati binasının inşasına 2014-cü ildə başlanılıb. Bina ilə tanışlıq zamanı o da qeyd olundu ki, institut baytarlıq sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin aparılması ilə məşğul olur. Həmçinin qeyd edildi ki, binanın 5-ci mərtəbəsində Kənd Təsərrüfatı Nazirliyinin Muzeyi fəaliyyət göstərir. 1924-cü ildən yaradılan muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirildiyi diqqətə çatdırıldı.
Sonra Milli Məclisin üzvləri Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan yenidənqurma işləri ilə, o cümlədən Avropa standartlarına uyğun qurulan laboratoriyaları ilə tanış oldular və görülən işlərdən məmnun qaldıqlarını bildirdilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]