Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Aprelin 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50201596S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.9381 AZN (4.6 faiz) və 99.2428 AZN (3.27 faiz) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 milyon 214 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2428 AZN (3.27 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.
Notlar iyunun 27-də ödəniləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]