May bayramlarında rusiyalılar Bakını seçdilər
Reytinq otellərdə edilən bronlar əsasında tərtib edilib.
Bakı rusiyalılar arasında may bayramlarında səfər etdikləri populyar şəhərlərin beşliyinə düşüb. Azərbaycanın paytaxtından başqa, siyahıya Minsk, Praqa, Riqa, Vilnüs da daxil olub.
Rusiyanın Travel.ru turizm servisi 2016-cı ilin may bayramlarında turistlərin səfərlərinin nəticələrinə yekun vurub.
Reytinq, turizm şirkətləri cəlb edilmədən, müstəqil səyahət edən turistlər tərəfindən 2016-cı ilin mayın 1-dən 10-na qədər otel və apartamentlərdə edilən bronlar üzrə tərtib edilib.
Mütəxəssislərin hesablamalarına görə, 9 May – Qələbə günü xarici şəhərlər arasında rusiyalı turistlər daha çox Bakı, Minsk və Praqanı seçiblər.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir – FOTO
“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə […]
-
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” – “The Travel” Azərbaycandan yazıb
Odlar yurdu, olduqca cazibədar, heyrətamiz gözəlliyə malik ölkə. “Report” xəbər verir ki, bu fikirlər məşhur “The […]
-
Bu gündən Şuşaya turist səfərləri başlayır
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır. Oxu.Az xəbər verir […]