Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib
Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Gənclik” restoranı və “Boradigah” şadlıq sarayında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, toy təşkilatçıları isə 400 manat məbləğində cərimə olunublar.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]