
LOBYADA KARANTİN TƏTBİQ OLUNAN XƏSTƏLİK AŞKAR EDİLİB
Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.
Economic.az Nazirliyinin saytına istinadən xəbər verir, belə ki, bu günlərdə Türkiyə Respublikasından Azərbaycana daxil olan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib.
Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.
Adı çəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük “Təmiz Şəhər” ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.
Qeyd edək ki, “Xanthomonas phaseoli” torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağan yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.
Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]