
LƏNKƏRANDA HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
2016-ci ilin may ayının 5-də Lənkəran rayonunda yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriya- larının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir.
Müşavirədə Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon kənd təsərrüfatı idarələrinin əməkdaşları, bu rayonlarda heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və heyvandarlıq mütəxəssisləri iştirak etmişlər.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə olunması, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verdi.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar oldu.
Müşavirə geniş diskussiya şəraitində keçdi, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavablar verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]