Kənd təsərrüfatı sahəsində işçilərin vəzifələrə təyinatı yeni tələb və qaydalar əsasında həyata keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kənd təsərrüfatı sahəsində işçilərin vəzifələrə təyinatı yeni tələb və qaydalar əsasında həyata keçiriləcək

Bu aydan kənd təsərrüfatı sahəsində işçilərin vəzifələrə təyinatı və yerdəyişməsi yeni tələb və qaydalara əsasən həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası bununla bağlı “Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi ilə bağlı 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli kollegiya qərarı ləğv edib və нутш “Kənd Təsərrüfatı Sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nı təsdiq edib.

Kitabça kənd təsərrüfatı sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir. Yeni qərar aprelin 7-dən qüvvədədir.

 

Beləliklə, kənd təsərrüfatının bitkiçilik sahəsində müəssisə rəhbəri, baytarlıq laboratoriyasının direktoru, epizootiya əleyhinə  respublika ekspedisiyasının rəisi, brusellyoz və vərəmə qarşı respublika ekspedisiyasının rəisi, dəmir yolu baytarlıq nəzarəti idarəsinin rəisi, rayon (şəhər) baytarlıq idarəsinin rəisi, rayon (şəhər) baytarlıq idarəsinin rəis müavini – baş epizootoloq, karantin məntəqəsinin müdiri, pestisid poliqonunun müdiri, baytarlıq müalicəxanasının rəisi, baytarlıq nəzarəti məntəqəsinin rəisi, sahə baş baytar həkimi, sahə üzrə baş aqronom, maşın sınağı üzrə baş mühəndis, bitkiçilik sahəsi üzrə laboratoriya müdiri, kənd təsərrüfatında aparıcı şöbə müdiri, aqrokimya laboratoriyasının baş mütəxəssisi, bioloji laboratoriyanın baş mütəxəssisi üçün xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı tələb olunacaq. Baytarlıq sahəsinin müdiri, dezinfeksiya dəstəsinin rəisi,  zona (rayon)  baytarlıq laboratoriyasında diaqnostika kabinetinin müdiri, metroloji xidmət rəhbəri üçün  xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı zəruridir. Baytarlıq aptekinin müdiri xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili (baytar həkimi və ya əczaçı) və 3 ildən az olmayaraq əmək stajına malik olmalıdır. Sahə üzrə aparıcı baytar həkim, sahə üzrə aparıcı aqronom və karantin üzrə müfəttişin  xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı olmalıdır.  apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top