
Kənd Təsərrüfatı Nazirliyinin üç müəssisəsi ləğv olunub
Göygöl rayonundakı “Ətlik-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC, “Camışlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC və “Bağmanlar taxıl toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC birləşib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin “Vergilər” qəzetində dərc etdiyi məlumatda bildirilir. MMC-lərin bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
Bununla əlaqədar olaraq yuxarıda adları çəkilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları Kənd Təsərrüfatı Nazirliyində yaradılmış ləğvetmə komissiyasına 60 gün ərzində müraciət etmələri xahiş olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]