
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10% bahalaşıb
2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşmışdır. Economic.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, 2016-cı ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır. Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
economic.az
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]