
KATV1 yüksək sürətli “optik” internetə keçid üçün stimullaşdırma proqramını elan edib
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 əhalinin fiber-optik şəbəkələrlə təqdim olunan yüksəksürətli genişzolaqlı internetə keçməsi üçün müvafiq stimullaşdırma proqramını elan edib.
KATV1-dən verilən məlumata əsasən, əhalinin “fiber”ə (fiber-optik şəbəkələr) keçirilməsi Azərbaycanda internet-infrastrukturu sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. “Fiber”ə keçid nəticəsində istifadəçilər ADSL-dən daha keyfiyyətli internet əldə etmiş olacaqlar.
Stimullaşdırma proqramı çərçivəsində KATV1 “optika”ya keçmək istəyən istifaçilər üçün müəyyən üstünlüklər verən kampaniyalara start verdi.
Beləliklə, “optika”ya keçid zamanı müvafiq internet-paketinə görə iki aylıq ödəniş edən bütün istifadəçilər pulsuz wifi-modem əldə edəcəklər; və ya hər bir yeni istifadəçi seçdiyi paket üzrə bir aylıq pulsuz internet əldə edəcək. Kampaniya cari ilin 31 avqust tarixinədək qüvvədə olacaq.
Qeyd etmək lazımdır ki, ADSL texnologiyasılə müqayisədə “optika”nın bir sıra mühüm üstünlükləri var. ADSL ilə eyni qiymətə olan “optika”nın istifadəçisi məhdudiyyətsiz trafiklə yanaşı daha yüksək sürət əldə edir. Onu da qeyd etmək lazımdır ki, “optik” internet üçün ayrıca fiber-optik şəbəkələrdən istifadə olunur, ADSL texnologiyası üçün isə köhnə telefon xəttlərindən istifadə olunur ki, bu da sürətə olduqca təsir edir.
Azərbaycanda mövcud şərtlərə görə KATV1-in “optika” üzərindən təqdim etdiyi sürət çox yüksək ola bilər. Ümumilikdə, KATV1 şirkəti real sürəti 100 Mbit/s-dək olan internet paketlərini təqdim edir.
Bundan əlavə, KATV1-in təqdim etdiyi “optika” məhdudiyyətsiz trafiki təmin edir ki, bu da bir ailənin bütün üzvlərinin daim müxtəlif videoalara baxması və ADSL-paketinin limitini aşması baxımından çox vacibdir.
trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]