
KATV1 yeni konsepsiyasına uyğun inkişaf edəcək
KATV1 şirkəti “KATV1 hər yerdə” konsepsiyasına uyğun yeni inkişaf strategiyasının icrasına başlayıb.
Bu konsepsiya operatorun telekommunikasiya şəbəkəsindən xaric televiziya auditoriyasının nəzərə çarpan dərəcədə genişləndirilməsini nəzərdə tutur. Həmin konsepsiya çərçivəsində KATV1 auditoriyanın həm Azərbaycanda, həm də xaricdə genişləndirilməsi ilə məşğul olacaq.
KATV1 2016-2020-ci illər üçün iki inkişaf istiqamətini müəyyən edib. Bunlar Azərbaycanda teleauditoriyanın “Smart Box” hesabına genişləndirilməsi və milli kanalları dünyada izləməyə imkan verən “Myvideo.az” platformasının inkişafıdır.
“Smart Box” cihazı KATV1-in telekommunikasiya şəbəkəsi xaricində televizorda internet vasitəsilə müxtəlif telekanal və videoları izləməyə imkan verir ki, bu da Azərbaycanda olan teleauditoriyanı genişləndirir
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]