
KATV1 öz infokanalının adını və konsepsiyasını dəyişib
KATV1 öz şəbəkəsində yayımlanan “ÇartBox” infokanalının adını dəyişib. Telekanal artıq “Myvideo TV” adı altında yayımlanacaq.
“Myvideo TV”, həmçinin yeni konsepsiyaya uyğun inkişaf edəcək. Əsasən 15-35 yaş qrupu çərçivəsində teletamaşaçı auditoriyasına ünvanlanan telekanalda yaxın 3 ildə maraq əhatəsinə uyğun müxtəlif yeni telelayihələrin hazırlanması nəzərdə tutulur. “Myvideo TV” “əyləncə və fərdi inkişaf” formatlarının sintezini nəzərdə tutur.
Yaxın vaxtlarda yeni formatda olan ilk telelayihə müxtəlif sahələrdə gənc istedadların üzə çıxarılması və ictimaiyyətə təqdim edilməsinə xidmət edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]