İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib

İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib.

Cari ilin fevralında inflyasiya nəzərə çarpacaq dərəcədə artaraq 1993-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, fevralda inflyasiya səviyyəsi illik 4,5 faizə yüksəlib.

Bunun əsas səbəbi ərzaq məhsullarının bahalaşması olub. Mütəxəssislər qiymət artımına ümumiyyətlə tərəvəz və qəhvənin, eləcə də yanacağın bahalaşmasının səbəb olduğunu da vurğulayırlar. Bununla yanaşı, elektrik enerjisinin qiymətləri fevralda bir qədər ucuzlaşıb.

İsveçdə inflyasiyanın səviyyəsi yanvardan etibarən artmaqda davam edir. /AzərTag

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top