İstehlakçılara 30,9 milyard manatlıq məhsul satılıb və xidmət göstərilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İstehlakçılara 30,9 milyard manatlıq məhsul satılıb və xidmət göstərilib

2016-cı ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 30,9 milyard manat olmaqla 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,  hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini real ifadədə 2,0 faiz üstələyərək 29,6 milyard manata çatıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 321,0 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 37,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

İstehlak məhsullarının 99,8 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,0 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top