İşdən qanunsuz olaraq çıxarılmış işçilər əvvəlki işlərinə bərpa edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Əmək Müfəttişliyi Xidməti

İşdən qanunsuz olaraq çıxarılmış işçilər əvvəlki işlərinə bərpa edilib

Dövlət Əmək Müfəttişliyi Xidməti  işdən qanunsuz olaraq çıxarılmış 43 işçini əvvəlki işlərinə bərpa etdirib

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin  vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top