İmişlidə əhali fasiləsiz elektrik enerjisi və “mavi yanacaq”la təmin olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İmişlidə əhali fasiləsiz elektrik enerjisi və “mavi yanacaq”la təmin olunur

Regionların sosial inkişafına dair dövlət proqramına uyğun olaraq, İmişlidə əhalinin keyfiyyətli və fasiləsiz “mavi yanacaq” və elektrik enerji ilə təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir.

Rayonda elektrik enerjisi və qazdan istifadə edən abonentlərin sayı, ümumilikdə 47 min 297 nəfərə çatıb.

Hazırda rayonun 49 yaşayış məntəqəsinin 28-i tam qazlaşdırılıb. Rayonun Qaradonlu, Məzrəli, Xubyarlı, Çaxırlı, Gövhərli və Çahar kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam edir və ilin sonunadək bu yaşayış məntəqələri də təbii qazla təmin olunacaq.

Əhaliyə göstərilən enerji xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə rayonun Qaralar, Cavadxanlı, Bəcirəvan, Ölcələr kəndlərinə SİB üsulu ilə kabel çəkilişi başa çatdırılıb. Yalavac, Rəsullu, Məhəmmədli, Göbəktala, Şahverdili və Qızılkənd kəndlərində də SİP üsulu ilə kabellərin çəkilişi davam etdirilir. Bütövlükdə, bu il ayrı-ayrı yaşayış məntəqəsinə 40 kilometr SİP üsulu ilə kabel çəkilib, 2500-ə qədər yeni sayğaclar quraşdırılıb. Hazırda rayonun 11 kəndində bu işlər yekunlaşmaq üzrədir.

Mərkəzi Aran Regional Enerji Təchizatı Aran regional elektrik təchizatı və Satışı İdarəsi İmişli Elektrik Şəbəkəsinin baş mühəndisi Tofiq Ocaqov AZƏRTAC-a bildirib ki, əhalinin dayanaqlı enerji ilə tam təmin etmək üçün 26 kilometr yarasız xətt yenisi ilə əvəz olunub. 650 ədəd 10 kilovatlıq ağac dayaqlar yeni dəmir-beton dayaqla əvəz olunub. Bütövlükdə, rayonun müxtəlif kəndlərində 61 ədəd müasir tipli transformatorlar quraşdırılıb ki, bu da əhalini fasiləsiz elektrik enerji ilə təmin olunmasına imkan yaradacaq .

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top