Heydər Əsədov Şəmkirdə taxılçılıq, bitkiçilik təsərrüfatının açılışında iştirak edib (FOTO) – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Heydər Əsədov Şəmkirdə taxılçılıq, bitkiçilik təsərrüfatının açılışında iştirak edib (FOTO)

Aprelin 29-da Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir bələdiyyəsinin təsis etdiyi iri nümunəvi taxılçılıq, bitkiçilik təsərrüfatı “Ceyrançöl” MMC-nin açılışında iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazir dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrdən danışıb, təsərrüfatın inkişaf etdirilməsi ilə bağlı məsləhət və tövsiyələrini verib.

Mərasimdə bildirilib ki, “Ceyrançöl” MMC tərəfindən torpağın əkilib-becərilməsi, aqrotexniki tədbirlərin aparılması üçün müasir tələblərə cavab verən 10 ədəd “NEW Holland” markalı traktor, 44 adda müxtəlif kənd təsərrüfatı texnika və avadanlıqları lizinq yolu ilə alınıb.

Əkin sahələrinin suvarılması üçün 2 istiqamətdən 730 millimetrlik borularla 10 kilometr məsafəyə və qismən kiçik diametrli borularla 12 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilişi başa çatdırılıb. Təsərrüfatın su təminatını yaxşılaşdırmaq üçün müvafiq avadanlıqlar quraşdırılıb.

Diqqətə çatdırılıb ki, hazırda təsərrüfata məxsus 671 hektar sahəyə şəkər çuğunduru səpilib. Eyni zamanda, 120 hektar sahədə tərəvəz əkilməsi üçün şitillik hazırlanıb və bağçılığın inkişafı məqsədilə 20 min zeytun, 30 min əncir, 60 min nar çubuğu tingi əkilib.

Bundan başqa, əvvəllər istifadə olunmayan torpaq sahələri əkinə yararlı hala gətirilib, 550 hektar sahədə taxıl əkilib, eyni zamanda, pivot suvarma sistemlərinin quraşdırılması üçün 1000 hektar torpaq sahəsi müəyyənləşdirilib və bununla da 2000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.

Təsərrüfatda 65 nəfər daimi, 205 nəfər isə mövsümü işlə təmin olunacaq.

Nazir Heydər Əsədov “Şəmkir Aqropark”ında aparilan tikinti işləri ilə tanış olub.

Məlumat verildi ki, respublikada ilk dəfə Şəmkir rayonunun ərazisində yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.

Sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayon idarəsinin yeni tikilmiş inzibati bansına baxış keçirdi, həmçinin Göygöl rayonunda inşa olunan Süni Mayalama Mərkəzində tikinti işləri ilə tanış oldu.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top