
Heydər Əliyev prospektində işıq əksetdirici xüsusi siqnal dirəkləri quraşdırılıb
Paytaxtın Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
Economic.az AZƏRTAC-a istinadən, “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.
Bu cür halların qarşısının alınması üçün həmin ərazilərdə xəbərdaredici yol nişanlarının quraşdırılmasına və yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətlərinin çəkilməsinə baxmayaraq, yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olur, bununla da qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə problemin qarşısı tamamilə alınıb.
Qeyd olunub ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılır.
Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]