Göyçayda nar yığımı başa çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Göyçayda nar yığımı başa çatıb

Yağmurlu və şaxtalı havada narın tələf olmaması üçün Göyçaylı fermerlər yığımı tez başa çatdırıblar. Nar bağlarından ötən ilkindən çox məhsul götürülüb.

Göyçayda narçılığa maraq ildən-ilə artır. Bu il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri barverən bağlardan 48 min 500 ton nar yığıblar. Bu, keçən il ilə müqayisədə 1300 ton çoxdur. Bağlara yüksək səviyyədə aqrotexniki qulluğun göstərilməsi məhsuldarlığın artmasına səbəb olub. Ən önəmlisi isə, qabaqlayıcı tədbirlər görüldüyü üçün bu il ağaclarda zədəli nar azlıq təşkil edib. Havanın yağmurlu və şaxtalı olmasını nəzərə alan kəndlilər nar yığımını qısa müddətdə başa çatdırıblar. Toplanan narının 50 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Son illərdə Göyçayda nar bağları xeyli genişləndiriib. Ötən əsrin 90-cı illərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı olduğu halda, hazırda 4350 hektar sahədə nar bağı var. Bağların 3960 hektarı barverəndir. Yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün davamlı tədbirlər görülür. Son iki ildə rayonda 350 hektar sahədə yeni nar bağı salınıb. Rayonun 40-a yaxın kəndində nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə üstünlük verirlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top