
Gəncədə 10 mindən çox gəncin iştirakı ilə fləşmob keçirilib
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminə iki gün qalmış şəhərin mərkəzində – Heydər Əliyev adına Baş meydanda layihənin canlı loqosunun möhtəşəm nümayişi olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən fləşmobda “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin könüllüləri, şəhərdə fəaliyyət göstərən universitetlərin tələbələri, həmçinin ali və orta ixtisas məktəblərindən ümumilikdə 10 min 152 gənc iştirak edib.
Canlı loqonun nümayişi sakinlər və KİV nümayəndələri tərəfindən yaxından izlənilib.
Fləşmobda Azərbaycan bayrağının rəngləri, həmçinin “Ganja European Youth Capital 2016” sözləri canlı nümayiş etdirilib.
Nümayiş olunan canlı loqo Gəncə Dövlət Universitetinin üçüncü kurs tələbəsi Mobil Qarayev tərəfindən hazırlanıb. Onun layihəsi əsasında ötən il eyni məkanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərin portreti və “Bakı-2015 birinci Avropa Oyunları”nın loqosu da nümayiş etdirilmişdi.
AzərTAc
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]