
Gəncə-Qazax iqtisadi rayonunda 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq
Cari ilin iyul ayından etibarən ABŞ-ın maliyyə dəstəyi ilə “Gəncə Aqrobiznes Assosiasiyası” tərəfindən “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” layihəsinin icrasına başlanılıb.
Qazax rayonunda layihənin ictimaiyyətə təqdimat mərasimi olub. Gənclər Mərkəzində keçirilən tədbirdə fermerlər, sahibkarlar, meyvə-tərəvəz istehsalçıları ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanları nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev layihənin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonumuzda bu layihənin icrası kənd təsərrüfatının daha da inkişafına təkan verəcək.
Layihənin rəhbəri Yalçın Nəsibov çıxışında layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, layihə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 9 inzibati rayonu əhatə edir. Layihənin fəaliyyət proqramına uyğun olaraq 3 il ərzində (2016-2019) bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalarından istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə ölkənin aqrar sektorunda tətbiq ediləcək.
Mərasimdə tədbir iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]