“Gəncə Avropa Gənclər Paytaxtı 2016″nın açılış mərasimi keçirilib (FOTO)
Bu gün Gəncə şəhərində “Gəncə Avropa Gənclər Paytaxtı 2016″nın açılış mərasimi keçirilib.
Kəpəz TV-yə (Region TV) xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin gənclərə təbrik məktubunu oxuyub.
Gənclər və İdman naziri Azad Rəhimov isə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsinin şəhər və gənclər üçün əhəmiyyətini vurğulayıb.
Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova, Avropa Gənclər paytaxtları şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxışlarında Avropanın Gənclər paytaxtı seçilməsinin Gəncəyə köhnə qitə ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verəcəyinə diqqət çəkiblər. Bu, gənclər üçün də əlavə imkanlar yaradır. Bir il ərzində onlar avropalı həmyaşıdları ilə də sıx əlaqə yarada biləcəklər.
Əskişəhər valisi Əzim Tunar Güngör isə çıxışında Gəncənin bu titula yiyələnməsinin ortaq mədəniyyət və işbirliyi baxımından əhəmiyyətinə diqqət çəkib.
Qeyd edək ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.
Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, “Qadınlar zirvədə” layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.
“Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.
trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]