FERMERLƏRƏ ÖDƏNİŞSİZ OLARAQ PAYLANILACAQ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FERMERLƏRƏ ÖDƏNİŞSİZ OLARAQ PAYLANILACAQ

İNKUBASİYA MÜDDƏTİ BAŞA ÇATMIŞ TOXUMLARDAN ALINAN İPƏKQURDLARI BƏSLƏNİLMƏSİ ÜÇÜN FERMERLƏRƏ ÖDƏNİŞSİZ OLARAQ PAYLANILACAQDIR

 Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İran İslam Respublikasından və Çin Xalq Respublikasından yüksək keyfiyyətli barama toxumları tədarük edilərək ölkəyə gətirilmiş və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur.

Stansiyada inkubasiya müddəti başa çatmış toxumlardan alınan qurdlar bəslənilməsi üçün 27 aprel  2016-cı il tarixində müəyyənləşdirilmiş bölgü əsasında Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə ödənişsiz olaraq paylanılacaqdır.

Kümçüləri maarifləndirmək məqsədilə barama qurdlarının Qax Damazlıq İpəkçilik Stansiyasından təhvil alınması zamanı onlara ipəkqurdunun bəslənməsinə dair DVD disk, buklet və yaddaş vərəqələri veriləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top