
Əbülfəz Qarayev: “Bu il daha çox turist gözləyirik”
“Bu ilin yayında Azərbaycana Rusiya, İran və Körfəz ölkələrindən daha çox turistin səfər edəcəyi gözlənilir”.
Bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, 2015-ci illə müqayisədə bu il daha çox turistin gələcəyi gözlənilir: “İki gün bundan əvvəl Azərbaycan nümayəndə heyəti iki Körfəz ölkəsində – Qətər və Küveytdə səfərdə oldu. Onların bütün kütləvi informasiya vasitələri Azərbaycanın turizm potensialı haqqında məlumat yayıb. Artıq “AZAL”la birgə birbaşa uçuşların açılması da müzakirə edilir. Ona görə də Körfəz ölkələrindən turistlərin axınının çoxalmasını gözləyirik”.
Ə. Qarayevin sözlərinə görə, yeni təqdim olunan bazarlar sırasında Avropa xüsusi yer tutur. O, bəzi Avropa ölkələrindən Azərbaycan gələn turistlərin sayının 15-20 faiz artdığını da açıqlayıb.
apa.az
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəyə gedən azərbaycanlıların sayı artıb
Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 52 min 398 nəfər azərbaycanlı səyahət edib. Oxu.Az Türkiyənin Mədəniyyət […]
-
“Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirə təşkil olunub – YENİLƏNİB + FOTO
Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və […]
-
“Disneyland”in yüzlərlə işçisi tətil keçirir – VİDEO
Parisdə “Disneyland”in bir neçə yüz işçisi tətil edir. Onlar əyləncə parkının rəhbərliyindən maaşlarının artırılmasını tələb […]